Qurbanlıq qoyunlardan qazandığı 1 milyon pulu yandı


01:58     05 Sentyabr 2017 qoyun_2387475676.jpg

Türkiyənin Çorum vilayətində yanğın baş verib.


Femida.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Musa Kaya adlı şəxsə məxsus evdə elektrik şəbəkəsində başlayan alov qısa müddətdə bütün evi əhatə edib. Yanğında ev əşyaları ilə birlikdə yanıb.

Hadisə nəticəsində eyni zamanda ev sahibinin bayramda qurbanlıq qoyunların satışından əldə etdiyi 1 milyon lirənin də (təxminən 291 min dollar) yandığı deyilir.

Açar sözlər:

Oxunub: 6179