Atasının pulunu oğurladı


18:10     05 Sentyabr 2017 manatt8.jpg

Bakı şəhərində atasının pulunu və qızıllarını oğurlayan oğul tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı Polis Bölməsinə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1096