PPK 2 uşağı öldürdü


02:26     29 Avqust 2015 967748.jpg

Terrorçular polisləri iri çaplı silahlarla atəşə tutub.


Türkiyə Şirnak vilayətinin Cizrə rayonunda PKK terrorçuları 4 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi törədiblər.

Femida.az-ın məlumatına görə, polislə baş verən insident zamanı ölənlərdən 2 nəfəri 7 və 10 yaşlarında uşaqlar olub.

Terrorçular polisə iri çaplı silahlarla hücum edərkən 7 yaşındankı Bosran Çağlı çökən divarın altında qalaraq həyatını itirib.

Hadisədən sonra Xalqların Demokratiyası Partiyasının (HDP) Şırnak millət vəkili Faysal Sarıyıldız açıqlama verib.

"Cizrədə 1 saat ərzində 4 insan silahlı hücum nəticəsində həyatını itirib. Onlardan 2 nəfəri uşaqdır. Ölənlərdən biri xəstəxanada tibb bacısı, digəri isə dövlət məmuru olub. Bölgədə hamı qorxu içərisindədir",- deyə millət vəkili bildirib.

Bundan başqa PKK silahlıları Ağrı şəhərində də polisə silahlı hücum təşkil ediblər. Məlumata görə, hücum Türkiyə -İran sərhəddi yolunda baş verib.

1 saatdan çox davam edən atışmadan sonra terrorrçular gecənin qaranlığından istifadə edərək hadisə yerindən uzaqlaşıblar. Hər iki hadisədən sonra bölgədə güclü təhlükəsizilik tədbirləri görülüb. Polis və ordu qüvvələri terrorçuların tutulması üçün əməliyyatlara başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Hakkari vilayətinin Yüksəkova rayonunda keçirdiyi əməliyyatlarda 20 terrorçu öldürülüb. Sağ qalan terrorçular yoldaşlarından birinin meyitini ərazidə qoyaraq qaçıblar. Öldürülən silahlıların üzərlərindən 3 "Kalaşnikov" markalı silah, 4 ədəd avtomat maqazini, 127 ədəd fişəng və başqa silah-suratlar aşkar ediblər.

Açar sözlər:

Oxunub: 600