“Onlar münəccimliklə məşğuldur”


17:06     28 Avqust 2015 secki.jpg

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır.


Bu barədə açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H. Paşayev YAP-ın deputatlığa namizədlərinin siyahısının prezident İlham Əliyevin sərəncamından sonra elan olunacağını diqqətə çatdırıb.

“Bəzi KİV-lər bizə istinad etmədən məlumat yayırlar ki, YAP bu gün namizədlərinin siyahısını açıqlayacaq. Bu məlumatlar həqiqəti əks etdirmir. Onlar münəccimliklə məşğuldurlar. YAP deputatlığa namizədlərinin siyahısını Azərbaycan Prezidenti İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı sərəncamından sonra açıqlayacaq və bundan sonra seçki kampaniyasına rəsmi start verəcək”./AzVision.az/

Açar sözlər:

Oxunub: 877