Masallıda 50 yaşlı kişini avtomobil vurub


21:42     06 Sentyabr 2017 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Masallıda piyadanı avtomobil vurub.


Hadisə Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Vidadi Xanış oğlu Seyfullayev yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil onu vurub. Dərhal sürücü tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan V. Seyfullayevə tibbi yardım göstərilib və paytaxtdakı xəstəxanalarından birinə aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 823