17 cinayət “isti izlər”lə açılıb


01:48     07 Sentyabr 2017 tutulub5.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 913