Çexiya senatorları Azərbaycana gəlir


14:54     07 Sentyabr 2017 cexiya1.jpg

Vitse-spikerin rəhbərliyi ilə Çexiya Senatının nümayəndə heyəti oktyabrın sonunda Azərbaycana səfər edəcək.


Femida.az bildirir ki. bunu Trend-ə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Diplomatın sözlərinə görə, nümayəndə heyətinin tərkibinə altı senator daxil olacaq.

Səfər zamanı kənd təsərrüfatı sahəsində, həmçinin sənaye və nəqliyyat sektorunda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

V.Pivonka bildirib ki, hazırda səfərin proqramı hazırlanır.

Femida.az

Açar sözlər:

Oxunub: 748