Gecə klubunda əylənən iki dostdan gözlənilməz əməl - 11 il həbs


16:08     07 Sentyabr 2017 hebs%20omur.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Məhərrəmov və Vahid Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V. Şirinov 6 il, R.Məhərrəmov 5 il müddətinə azadlıqdan ediliblər. Vahid Şirinov həmçinin 3000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Bakı sakini 23 yaşlı Vahid Şirinov və Fizuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmov ötən ilin may ayında Bakı sakini, “Avromed” əczaçılıq şirkətinin əməkdaşı Vasif Namazova qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Onlar gecə klubunda istirahət edən zaman Vasif Namazovun ofisianta hesab verməsini görüblər və onda kifayət qədər pulun olduğunu müşahidə ediblər. V.Namazovun 800 manat pulunu zorla əlindən alıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1591