Nigeriyada nazir qaçırılıb


00:55     08 Sentyabr 2017 nigeriya_2374656.jpg

Nigeriyanın Kaduna əyalətinin Təhsil, Elm və Texnologiya naziri Con Qorah fidyəyə görə qaçırılıb.


Femida.az TRT-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin Ali Təhsil Şöbəsinin müdir müavini Steven Haruna məlumat verib:

“Qorah vilayətdə Mararaban Rido əyalətindəki evindən qaçırılıb. Təhlükəsizlik qüvvələri Qorahı tapmaq üçün işə başlayıb”.

Qeyd edək ki, Nigeriyanın bir çox əyalətində adam qaçıranların edam cəzasına məhkum edilməsinə baxmayaraq fidyə üçün adam qaçırma hadisələrinin qarşısı hələ də alına bilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 749