Mühafizəçilər hansı hallarda fiziki güc tətbiq edə bilər ? - Ekspertdən açıqlama

Mühafizəçilər hansı hallarda fiziki güc tətbiq edə bilər ? - Ekspertdən açıqlama

09:58     08 Sentyabr 2017 147271855396.jpg

Mühafizəçi elə bir şəxsdir ki, biz hər hansı mülkün, dövlət qurumunun qorunması onlara tapşırırıq. Mühafizəçilər həm də bizi müəyyən təhlükələrdən qoruyur. Dövlət başçılarını, rəsmi şəxslərin, hətta məhşur şəxslərin yanında mühafizəçi görmək bir çoxumuza tanış mənzərədir.


Bəzən mühafizəçilərlə bağlı yayılan qalmaqallı xəbərlərin də şahidi oluruq. Onların qoruduqları insanla bağlı etdiyi hər hansı bir hərəkət qarşı tərəflə mübahisənin yaranmasına gətirib çıxarır. Bir neçə ay bundan öncə Vaşinqton Polis İdarəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin konsulluq qarşısında nümayiş keçirən şəxslərə aralarında yaranan gərginlik yaranmışdı. Buna görə də onlar ABŞ-a gedərsə, həbs ediləcəyini açıqlamışdı.

Ölkəmizdə də mühafizəçilərlə bağlı qarşıdurmalar yaşanır. Bir neçə gün əvvəl müğənni İzzət Bağırovun mühafizəçisinin bir neçə şəxsi döyməsi gündəmə gəlmişdi. Bu hərəkət cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.






Bəs mühafizəçi hər hansı təhlükə yarandıqda, yaxud mübahisə olduqda necə rəftar etməlidir?

Məsələ ilə bağlı Femida.az -ın suallarını cavablandıran Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, mühafizəçilər bilməlidir ki, heç bir şirkətin, yaxud sahibrakın tapşırıq və göstərişləri dövlətin qaunvericilik aktlarından, qanunlarından üstün ola bilməz. Onun sözlərinə görə, mühafizəçilər fiziki gücü son zərurət halında, özünə, ətrafdakılara, əmlaka ziyan dəyəcəyini, potensial təhlükə vəziyyətini gördükdə tətbiq etməlidir.





"Mühafizəçilərin fəaliyyəti haqqında Azərbaycan Respublikasının müvafiq qanunu vardır. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun mühafizəçinin hüquq və vəzifələri , öhdəlikləri , mühafizənin növləri və xüsusiyyətləri, mühafizəçiyə aid qadağalar və mühafizə fəaliyyətini həyata keçirən zaman yaranan münasibətləri tənzimləyir. Mühafizəçi hansı hallarda fiziki qüvvə tətbiq edə bilər? Fiziki qüvvənin tətbiqi yaranmış təhlükə ilə mütənasib olmalıdır. Mühafizəçi fiziki qüvvəni son zərurət halında digər bütün təsir imkanlarından istifadə etməklə qarşısını ala bilmədikdə, fiziki qüvvə tərtib etməlidir. Ancaq burada yalnız son zərurət halı vardır və digər məsələ isə silahlı müqavimət istisna olmaqla qadınların, azyaşlıların, uşaqların, fiziki qüsurlu şəxslərin və insanların çox olduğu yerlərdə fiziki qüvvənin tətbiqi qadağandır.

Əgər fiziki gücün tətbiqi zamanı xəsarət alan olarsa, mühafizəçi ona ilk tibbi yardım göstərilməsini təmin etməlidir. Mühafizəçinin səbrsizlik və məsuliyyətsizlik edərək öz səlahiyyətlərini aşıb fiziki güc tətbiq etməsinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır", - Elmar Nurəliyev qeyd edib.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 4150