Sabah Bakıda külək əsəcək


17:01     08 Sentyabr 2017 Baki%20(2)_50QCENAT.jpg

Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.


Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36°, dağlarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 790