40 yaşlı qadın yas mərasimində dirildi - Qohumlar dəhşətə gəldilər


14:19     09 Sentyabr 2017 579226_02.jpg

Hindistanın cənub vilayətində qeyri-adi hadisə baş verib.


Femida.az-ın “Mirror”a istinadən məlumatına görə, Ratham adlı orqan çatışmazlığından əziyyət çəkən qadın sağ ikən morqa yerləşdirilib.

Belə ki, 40 yaşlı qadın 2 ay xəstəxanada müalicə alıb, lakin həkimlər onun sağalmayacağını bildirib, qohumlarına onu evə aparmaqlarını deyiblər.

Qohumları Rathamı evə gətirərkən yolda onun tərpənmədiyini və nəfəs almadığını görüb birbaşa morqa aparıblar.

1 saat sonra isə qadının arxasınca qayıdan yaxınları şoka düşüblər. Ratham nəfəs alıb və tərpənib.

1 saat ölülərin yanında qalan qadını yenidən xəstəxanaya yerləşdiriblər. Lakin o, bir neçə gün sonra həqiqətən dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 9275