Polis şöbələrində monitorinq keçirildi


21:00     03 Aprel 2015 dinnnn.jpg


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, müavini Elçin Şirinov və komitənin əməkdaşı Rafiq Lətifov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

 

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, E. Behbudov bildirib ki, monitorinqin məqsədi saxlanma şəraiti, saxlanılan şəxslərə qarşı münasibət və digər məsələlərlə maraqlanmaq olub: “İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki Şəhər Polis Şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçirdik. Saxlanılanlar əsasən narkotik, oğurluq və dələduzluq cinayətlərinə görə tutulanlar idi. Onlarla görüş zamanı saxlanma şəraiti, qeyri-insani rəftarla bağlı bizə müraciət edən olmadı”.

 

E. Behbudov bildirib ki, Balakən Rayon Polis Şöbəsi üçün yeni inzibati bina tikilir. Həmin bina may ayında istifadəyə veriləcək. 

O, həmçinin monitorinq zamanı bəzi xırda nöqsanların aşkar edildiyini, bununla bağlı daxili işlər naziri Ramil Usubova arayışla müraciət edəcəyini deyib.


Femida.az 

Açar sözlər:

Oxunub: 850