Əli Kərimlinin işinə Ədliyyə Nazirliyi baxacaq


22:34     28 Avqust 2015 elikerimli.jpg

“Razi Nurullayev uzun müddət Əli Kərimlinin müavini olub. Ə.Kərimli bu statusu müavininə həvalə edibsə, deməli ona inanırmış, ona etimat göstərirmiş. Əgər R.Nurullayevə inanmasaydı, ona bu vəzifəni verməzdi. Mənim üçün hələ də təccüblüdür ki, qəflətən nə baş verdi ki, adam öz müavini ilə düşmən səviyyəsinə çatdı”.


Bu fikri Hafta.az-a açıqlamasında “Ağ blok” təsisçisi Tural Abbaslı deyib. T.Abbaslı bildirib ki, Ə.Kərimli ilə R.Nurullayev arasında münasibətin bu həddə çatması onu çox təəccübləndirib:

“Uzun müddət R.Nurullayev Ə.Kərimlini özünə lider kimi görübsə, bu gün artıq hər şey göz qabağındadır. Bu daha çox təşkilat daxili məsələdir. Ə.Kərimli ilə R.Nurullayev arasında baş verən hadisələr bizim üçün o qədər də maraqlı deyil. Biz onlarda kimisə haqlı, kimisə haqsız çıxarmaq funksiyasını öz üzərimizə götürməmişik. Təbii ki, istənilən partiyaların parçalanması, partiya daxili intriqaların baş qaldırması, söz-söhbətlərin baş alıb getməsi düzgün deyil”.

“Ağ blok” təsisçisi deyib ki, parlament seçkilərinin yaxınlaşdığı bir dönəmdə AXCP davası cəmiyyətdə fikir ayrılığı yaradacaq: “Nəzərə alsaq ki, qarşıdan seçkilər gəlir, bu hadisələrin artan inkişaf etməsi cəmiyyətdə fikir ayrılığı yaradacaq. Belə zamanda gündəmi müxalifət daxili məsələlərlə məşğul etmək uğurlu nəticələr verməyəcək. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək”.

T.Abbaslı AXCP-nin Ə.Kərimlinin əlindən alınıb-alınmayacağına da münasibət bildirib. O qeyd edib ki, sonda bu məsələni Ədliyyə Nazirliyi həll edəcək: “Partiyanın Ə.Kərimlinin əlindən alınacağına gəlincə isə, buna sonda Ədliyyə Nazirliyi qərar verəcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 1063