Almaniyada miqrantların binası yandırılıb


01:01     29 Avqust 2015 yangin%20alman.jpg

Almaniyanın Brandenburq əyalətinin Nauen şəhərində bir neçə gün əvvəl 100 nəfər qaçqının yerləşdirildiyi binada bilərəkdən yanğın törədilib.


Femida.az Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə istindan məlumat verir ki, idman əhəmiyyətli binada tördəilmiş yanğın çətinliklə də olsa, yanğınsöndürənlər tərəfindən dəf edilib, lakin binaya çox ciddi ziyan dəyib. Yanğının miliyyətçi ekstrimist qrupların hər hansısa biri tərəfindən qəsdcə törədildiyi güman olunur.

Brandenburq əyalətinin daxili işlər naziri Karl Haynz Şröter Nauen şəhərində baş vermiş yanğın hadisəsinin araşdırıldığını və yanğının miliyyətçilik motivi əsasında törədilmiş olması variantının, daha real göründüyünü deyib.

Xatırladaq ki, yanğının qeydə alındığı həmin binada 100 nəfərdək Suriya, Əfqanıstan və Rusiya ərazisindən gəlmiş qaçqın məskunlaşdırılmışdı.

Açar sözlər:

Oxunub: 624