Çində və Tayvanda qasırğa ola bilər


02:47     13 Sentyabr 2017 qasirga.Jpeg

Çin və Tayvanda qasırğa təhlükəsi elan olunub.

"Talim" qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün Tayvanda və Çinin şərqində - Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq edilib. "Talim"in bu il Çinin sahil rayonlarını dağıdacaq 18-ci qasırğa olacağı bildirilir. Qasırğanın quruya sentyabrın 14 və ya 15-i çatacağı ehtimal edilir. Sürətinin saniyədə 52 metr olacağı gözlənilən qasırğa ilə əlaqədar Fuszyan hakimiyyəti kütləvi təxliyəyə hazır olduğunu bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 790