Rövşən Lənkəranski ilə bağlı mahnı istədi, öldürüldü - 10 il iş istənilir


15:28     13 Sentyabr 2017 gece%20klubu8.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, V. İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Nizami rayonunda, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Xatırladaq ki, məhkəmə proseslərinin birində şahid qismində barda “DJ” işləyən Abdurrahman Almiyaşov dindirilib.

O ifadəsində qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: “Mənim bıçaqlanmadan xəbərim sonradan olub. Səs-küy çox idi. Bu vaxt birdən səs kəsildi, onda bildim ki, dava-dalaş olub”.

Hakimin suallarını cavablandıran şahid qətlə yetirilən şəxsin ona oğru aləminə aid mahnı sifariş verdiyini deyib: “Rövşən Lənkəranskiyə həsr olunmuş mahnıydı. Vermədim. Çünki bar rəhbərliyi tərəfindən icazə verilmirdi. Ümumiyyətlə, oğru aləmi ilə bağlı mahnı səsləndirmirdik. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə zəng edib narahat etməyin. Mən də o mahnını verə bilmədim, rəhmətlik əsəbiləşdi dedi: "Bu mahnı çalınacaq". Dedim, get icazə al, mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi”.

Femida.az

Açar sözlər:

Oxunub: 6634