Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib


12:54     14 Sentyabr 2017 yangin%20femida.jpg

Biləsuvarda yanğın qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb/

Femida.az

Açar sözlər:

Oxunub: 597