18 saylı avtobusda biabırçılıq - Sürücüdən qadına ağır sözlər (VİDEO)


14:13     14 Sentyabr 2017 133266_l4itdc339z.jpg

Bakıda daha bir sərnişin avtobusunda xoşagəlməz hal yaşanıb.


Femida.az -ın Criminal.az-a istinadən məlumatına görə, 18 saylı sərnişin avtobusunun sürücüsü ilə xanm sərnişin arasında mübahisə düşüb. Sürücü isə qadını ağır sözlərlə təhqir edib.

Mübahisəyə səbəb metronun “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı dayanacaqda sürücünün avtobusa minmək istəyən yaşlı sərnişini təhlükəyə atması olub.

Sərnişin avtobusa minmək istəyərkən sürücü qəflətən qapıları bağlayaraq sürüb. Buna görə avtobusda olan sərnişinlər sürücüyə iradını bildiriblər. Sürücü isə cavabında sərnişinləri təhqir edib.





Açar sözlər:

Oxunub: 2510