Ərdoğan parlamenti hədəfə aldı


16:47     04 May 2015 erdo.jpg


"Türkiyədə parlament sistemi artıq işləmir. Sistemin davam etməsi ehtimalı qalmayıb".


Türkiyə mətbuatının məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə vilayətində çıxışı zamanı deyib. Ərdoğan qeyd edib ki, artıq Türkiyənin prezident üsul idarəsi sisteminə keçmək dövrü yetişib.

“İstənilən halda, dövlət çevrilişinə cəhdlər, böhranlar bu sistemi zəiflətmişdi. İndi yeni fəsadlara yol açmadan sistemi kökündən dəyişdirmək üçün imkan yaranıb. Yeni Türkiyə yolunda yeni konstitusiya və prezident sistemi üçün şərait yaranıb. Başqa zaman yolda bir-birilərini görsələr, salam verməzlər. İndi həmin şəxslər birləşərək prezident sistemi təklifimizə qarşı vahid cəbhə yaradıblar".

Prezident sistemində hökumət, adətən, ölkə başçısı tərəfindən formalaşdırılır. Hökumət təkcə prezident qarşısında cavabdehlik daşıyır və təkcə prezident hökuməti istefaya göndərə bilər.

Ərdoğanın yeni konstitusiya və idarəetmə forması təklifi müxalif cəbhədə etirazlarla qarşılanıb. Müxalifət Ərdoğanı, əslində, diktator rejimi yaratmağa çalışmaqda ittiham edib.

Açar sözlər:

Oxunub: 582