“Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” - Rusiyalı politoloq


20:19     14 Sentyabr 2017 671d7f63ace6bd1ffe8a0acf368550f9_1505390992.jpg


Femida.az xəbər verir ki, Rusiyanın məşhur politoloqu Aleksandr Proxonov AzVision.az açıqlamasında Ermənistan parlamentindin bir sıra qərbyönlü deputatların bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını müzakirə etmək təklifinə münasibət bildirib.

O, qeyd edib ki, bu baş verərsə, onda Azərbaycan ordusunu qarşısını ala bilməyəcək: “Bu deputatların sayı minlərlə yox, dörd nəfərdir. Ola bilsin ki, onların sayı daha da azdır. Qoy onların planları reallaşsın. Qoy Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsın, sonra ikitərəfli münasibətlərdən imtina etsin. Sonra Rusiyanın hərbi bazasını bağlasın. Daha sonra isə qəfildən Azərbaycan ermənilərin işğal etdiyi torpaqları azad etməyə başlayacaqlar. Bax onda heç kim T-72 tankları ilə təchiz olunan yeni Azərbaycan ordusunu dayandıra bilməyəcək. Ona görə də əgər ermənilərin ağlı varsa onlar heç vaxt Rusiya və AİB-lə münasibətləri pozmayacaqlar”, - rusiyalı politoloq vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 5023