PKK hücuma keçdi: 2 şəhid, 24 yaralı


16:50     29 Avqust 2015 596.jpg

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Mardin vilayətində avtobus minaya düşüb. Hadisə nəticəsində 24 nəfər xəsarət alıb. Onların arasında 10 nəfər polis əməkdaşı da var.


Femida.az xəbər verir ki, təxribatı PKK-dan olan üsyançılar həyata keçiriblər.

Artıq yerli təhlükəsizlik qüvvələri partlayışın təşkilatçılarını tapmaq məqsədilə irimiqyaslı əməliyyata başlayıb.

Bu gün PKK terror təşkilatının Türkiyənin Şanlıurfa vilayətində Balıklıgöl Dövlət Xəstəxanasına silahlı hücumu nəticəsində isə iki polis dünyasını dəyişib.

Şırnakda da polislərə silahlı hücum edilib. Terrorçular Şırnakın İdıl bölgəsində patrul çəkən polis maşınına raket və iri çaplı silahlardan atəş açıblar.

Yayılan məlumata görə, ölən və yaralananlar olmasa da polislərin qarşılıqlı atəş amçması nəticəsində terroristlər hadisə yerini tərk ediblər.

Açar sözlər:

Oxunub: 943