Dünyanın ən yaşlı sakini vəfat etdi


15:27     16 Sentyabr 2017 Violet-Mosse-Brown.jpg

Dünyanın ən yaşlı sakini Vayolet Mosse-Braun vəfat edib.


Femida.az-ın məlumatına görə, bu barədə Yamayka baş naziri Endryu Holness özünün "Twitter" səhifəsində yazıb.

Yamaykalı V. Mosse-Braunun 117 yaşı olub.

Bu ilin aprelin 15-dən V. Mosse-Braun dünyanın ən yaşlı sakini sayılır. Qadın həmçinin Yamaykanın ilk uzun ömürlü sakini hesab olunur.

Onu da əlavə edək ki, V. Mosse-Braunun adı dünya tarixində ən yaşlı insanların ilk "beşliyi"ndə yer alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 783