ABŞ-da ara qarışdı - 11 polis yaralanıb


17:11     17 Sentyabr 2017 59bd0da81900002500564141.jpeg

Etiraz aksiyasının ilk günündə 13 nəfər saxlanılıb.

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində 15 sentyabrda başlayan aksiyalar davam edir.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya polis əməkdaşı Ceyson Stoklinin qaradərili Entoni Lamar Smiti 2011-ci ildə güllələməsində təqsirsiz elan edilməsindən sonra başlayıb.


Bu gecə isə əraziyə ağır zirehli texnikalar cəlb edilib. Bir küçəyə sığınan etirazçılar polisə daş və dəyənəklərlə qarşılıq verməyə çalışıb. Çaxnaşma zamanı 11 polis yaralanıb, 30 nəfər isə həbs edilib.

Qeyd edək ki, 2011-ci ilin dekabrında Stokli və onun həmkarı qaradərili Smiti narkotik vasitələrin yayılmasında şübhəli bilərək saxlamağa çalışıb.

Avtomobil təqibindən sonra Stokli avtomobildən düşərək Smitə 5 dəfə atəş açaraq öldürüb.

Açar sözlər:

Oxunub: 1103