“ASAN Akademiya - 2017”yə start verildi
20:27 17 Sentyabr 2017
“ASAN Akademiya” layihəsi 2017-ci il üçün açıq elan edilib.
Femida.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gilan Holding”in tərəfdaşlığı, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.
"ASAN Akademiya - 2017"nin əsas məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir yerə toplayaraq təcrübi biliklərə yiyələndirmək, onlara karyeralarında irəliləmələri üçün təkan verməkdir. Bu məqsədlə layihə zamanı iştirakçılara müxtəlif sahələr üzrə həmin sahənin peşəkarları tərəfindən xüsusi hazırlanmış proqram tədris ediləcək. Layihədə iştirakçılar üçün natiqlik, psixologiya, biznes mühitində idarəetmə, innovasiya və maliyyə kimi 5 proqram modulu nəzərdə tutulub.
Tədris prosesindən əlavə, iştirakçıların praktiki biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə müxtəlif, xüsusi seçilmiş məkanlara ekskursiyalar da təşkil olunacaq.
2014-cü ildən “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən reallaşdırılan layihəyə sayca 4-cü dəfə start veriləcək.
Layihə oktyabrın 5-dən noyabrın 25-dək həyata keçiriləcək.
Femida.az
Oxunub: 1142
Oxşar xəbərlər
- “ASAN xidmət”ə 19 milyonuncu müraciət — FOTO
- “ASAN xidmət” işçilərinin peşə bayramı günü təsis edildi
- “ASAN xidmət” korrupsiyaya qarşı ən səmərəli vasitədir - Prezident
- “ASAN xidmət”də işləmək istəyənlərin nəzərinə!
- “ASAN Məktub” Masallıda - FOTOLAR
- “ASAN peşə” üzrə sənəd qəbulu başa çatdı
- “ASAN viza”nın imkanları araşdırılıb
- “ASAN peşə”yə sənəd qəbulu davam edir
- “ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başladı
- “ASAN Könüllüləri”nə sertifikatlar verilib