Azərbaycan yeni artilleriya qurğusu alıb - FOTO
17:04 18 Sentyabr 2017
Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb.
Çexiya istehsalı olan "DANA" özüyeriyən artilleriya qurğusu Azərbaycana yeni gətirilib və sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlərə cəlb edilib.
Faktı Trend-ə Müdafiə Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, sentyabrın 22-dək keçiriləcək təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Femida.az
Oxunub: 1861
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika