Çexiyanın XİN rəhbəri qəzaya düşüb


18:49     18 Sentyabr 2017 15057196162158111374_1000x669.jpg

Dünən, sentyabrın 17-də axşamçağı Çexiyanın Znoyemsk vilayətində avtomobil qəzası baş verib.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin qəzada Çex Respublikasının xarici işlər naziri Lyubomir Zoralyok zərər çəkib. Naziri sanitar helikopteri ilə xəstəxanaya çatdırıblar. Orada onun başındakı yaranı tikiblər.

Xatırladaq ki, Lyubomir Zoralyok Çexiya diplomatiyasının rəhbəri olmaqla bərabər, həm də bu il oktyabrın 20-21-də keçiriləcək parlament seçkilər ərəfəsində seçki kampaniyasında Sosial-Demokratlar Partiyasının lideridir.

Çexiya XİN-in mətbuat xidmətinin nümayəndəsi İrena Valentova bildirib ki, nazir başından zədə alıb, lakin bütövlükdə onun vəziyyəti normaldır. Lyubomir Zaoralyok Brnodakı xəstəxanada müayinə ediləndən sonra evə buraxılıb. Yol-nəqliyyat hadisəsi Lexovits yaxınlığında iki avtomobilin toqquşması nəticəsində baş verib. Cənubi Moraviya polisinin mətbuat katibi Pavel Şvab bildirib ki, polis qəzanın səbəblərini araşdırır.

Bu hadisə ilə əlaqədar, Xarici İşlər Nazirliyinin rəhbəri öz iş proqramına düzəliş etməli olub, lakin o, artıq bu gün öz xidməti vəzifələrinin icrasına başlamaq və hökumətin iclasında iştirak etmək niyyətindədir.

Qeyd edək ki, bu avtomobil qəzasında yeganə zərərçəkmiş şəxs Lyubomir Zaoralyok olub.

Femida.az

Açar sözlər:

Oxunub: 578