Bakıda Əfqanıstanın müstəqillik günü qeyd edilib


02:14     19 Sentyabr 2017 efqanistan%20azerbaycan.jpg

Bakıda Əfqanıstanın müstəqilliyinin 98 illiyi münasibəti ilə qəbul keçirilib.


Femida.az-ın məlumatına görə, tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili bildirib ki, Əfqanıstan-Azərbaycan münasibətləri günbəgün inkişaf edir: "Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin sadiq tərəfdaşıdır. Azərbaycan həmçinin əsl dost kimi imkanı olan bütün resurslarını bizə təqdim edib. Təhlükəsizlik və hərbi yardım, təlim və maliyyə dəstəyi, ordumuzun inkişafı naminə Əfqanıstan Milli Ordusunun yardım Fonduna ianələri, ölkəmizin istər regional, istərsə də qlobal iqtisadiyyata inteqrasiyasına kömək olmaq məqsədilə siyasi islahatların aparılmasına məsləhətləri bu qəbildəndir. “Asiyanın Ürəyi-İstanbul Prossesi”ində oynadığı vacib rol, xüsusilə bu ilin dekabrında keçiriləcək Nazirlər Şurasının iclasına ev sahibliyi edəcəyi bir daha Azərbaycanın Əfqanıstana olan davamlı öhdəliyinin təzahürüdür"

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir. O bildirib ki, hər iki xalqı tarix və mədəniyyət birləşdirir: "İki ölkə arasında 1994-cü ildən diplomatik münasibətlər mövcuddur və o vaxtdan bu günə kimi əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Siyasi, iqtisadi, mədəni və sosial sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Əfqanıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. Həmçinin Əfqanıstan ikitərəfli və çoxtərəfli formatda Azərbaycanın dəstəyini yüksək qiymətləndirir".

Femida.az

Açar sözlər:

Oxunub: 737