Bakı polisi vətəndaşlardan odlu silahlar götürüb


18:37     04 May 2015 aksm_avtomat_060514.jpg

Bakıda iki nəfərdən silah-sursat götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Yusifovdan “Simson” markalı tapança götürülüb.

Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Oruc İsayevdən “AKSU” markalı silah, 43 ədəd patron və digər hərbi sursat götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır/

Açar sözlər:

Oxunub: 376