Çində mədəniyyət sərgisinin açılışı olub - FOTOLAR


13:22     20 Sentyabr 2017 gunay%20arda%206.jpg

Xəbər veridyimiz kimi Çinin Qansu əyalətində yerləşən Dunxuan şəhərində bu ölkənin "Jenmin Jibao" qəzetinin təşkilatçılığı ilə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu işə başlayıb. Sentyabrın 20-də isə II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub.


Femida.az-ın Çinə ezam olunmuş əməkdaşının sözlərinə görə, 51 ölkə və 3 beynəlxalq təşkilatın təmsil olunduğu sərgidə 124 nümayəndə iştirak edir.

Çinin mədəniyyət naziri Luo Şuqan sərginin məqsədinin xalqların mədəniyyət sahəsində nailiyyətlərinin nümayiş olunması, əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib.

Qansu vilayətinin partiya komitəsinin katibi Lin Du isə yüzillər əvvəl İpək yolunun necə yarandığından danışıb. Bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü mədəniyyət, iqtisadiyyat, turizm sahələrində əlaqələrin genişləndirilməsinə və bu marşrut üzərindəki ölkələrin birgə inkişafına, onların mədəni inteqrasiyasına yönləndiyini vurğulayıb:

“Yəqin ki o zaman bilmirdilər ki, bu yol xalqları həm də mədəniyyətlə, dostluqla birləşdirəcək. Bu yol regionu və ətraf ölkələri siyasətlə deyil, təbii olaraq dostluq və şəxsi maraqla birləşdirir. Diplomatik əlaqələr xalqların dostluğu, birgə işlə yaranır. Bu işdə mədəniyyətin əhəmiyyətini unutmamalıyıq. Mədəniyyət vasitəsiylə “Bir kəmər, bir yol” xalqları birləşdirir. Mədəniyyət birləşdirməyən xalqların yolunu qan tutur. Çin kənd təsərrüfatı, mədəniyyət , tarix olaraq dünya üçün əhəmiyyətlidir. Hazırda olduğunuz beynəlxalq expo mədəniyyət mübadiləsinə ev sahibliyi edir. Arzu edirik ki, iştirak edən xalqlar bu tədbirdən özləri üçün təcrübə və yeni imkanlar qazanacaq. İpək yolunun cazibəsi bir gün bütün dünyanı əhatə edəcək”.

Qeyd edək ki, sərgidə İpək yolu ölkələrinin incəsənət nümayəndələrinin əsərləri, qədim tarixi eksponatlar, həmçinin iştirakçı dövlətlərin sənaye məhsulları nümayiş etdirilir.














Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1141