Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirildi


15:22     20 Sentyabr 2017 tiflis.jpg

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadığı qəsəbədə keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.


Femida.az APA-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 19-da axşam Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb. 1974-cü il təvəllüdlü N.N. adlı şəxsin evində aparılmış axtarış nəticəsində 43 bağlama narkotik vasitə tapılaraq müsadirə olunub.

İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, ötən ay qəsəbədə keçirlmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 6 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 787