Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - Nazirlik liseyində araşdırma aparır


17:20     20 Sentyabr 2017 ziya%20memmedovun%20bacisi.jpg

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.

M. Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C. Valehov bunun həqiqətə uyğun olmadığını söyləyib.

"Liseyin direktoru Məhbubə Məmmədova işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 896