Prokuror erməni kəşfiyyatçıya 18 il həbs istədi


18:46     04 May 2015 463463_44819.jpg

Arsen Baqdasaryanın cəzasını ciddi rejimli həbsxanada çəkməsi tələb olunur.


Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hökm bu gün çıxarılacaq.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb./apa/

Açar sözlər:

Oxunub: 520