Bu gün Bakıda Avropa Çempionatı başlayır


13:42     22 Sentyabr 2017 1501576566101336946_1000x669.jpg

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.


Femida.az xəbər verir ki, qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.

Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.
A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.

Avropa çempionatı
I tur
22 sentyabr
A qrupu


18:00. Macarıstan – Azərbaycan
20:00. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası

B qrupu

18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tbilisi. Yeni İdman Sarayı

C qrupu

15:30. Ukrayna – Rusiya
Bakı. Milli Gimnastika Arenası

D qrupu

17:00. Serbiya – Çexiya
20:00. Hollandiya Belçika
Göygöl. Olimpiya İdman Kompleksi

Femida.az

Açar sözlər:

Oxunub: 726