Tovuzda ağır qəza: 2 ölü


20:30     30 Avqust 2015 30669%20(1).jpg

Tovuz rayonunda baş verən avtomobil qəzası nəticəsində 2 nəfər ölüb.


Femmida.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bu gecə Tovuz rayonu ərazisində “Kamaz” markalı yük avtomobili ilə “Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar və və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:39-da başa çatıb.

Açar sözlər:

Oxunub: 947