Hamilə qadınlar təhlükəsizlik kəməri taxmaya bilər – Qanun
04:22 19 Yanvar 2018
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Sürücülərin hər birinin əməl etməli olduğun qaydalardan biri də təhlükəsizlik kəmərləri ilə bağlıdır. Təhlükəsizlik kəmərlərindən istifadə olunmaması sonra acı nəticələrlə müşahidə olunur.
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsində Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələrindən bəhs olunur.
Maddənin 6-cı hissəsində təhlükəsizlik kəmərinin istifadəsinin zəruriliyindən bəhs olunarkən qeyd edilir ki, sürücü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir.
Motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir.
Kimlər təhlükəsizlik kəməri taxmaya bilər?
Qanunda bununla bağlı suala da aydınlıq gətirilir. Həmin maddədə qeyd edilir ki, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.
Miri Məcidli
Femida.az
Oxunub: 7852
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb