Ötən ay axtarışda olan 267 nəfəri saxlanılıb


21:55     03 Aprel 2015 99.jpg


Ötən ay dövlət sərhədini pozan 34 nəfər saxlanılıb.

 

Femida.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA- ya bildirilib ki, DSX tərəfindən 2015-ci ilin mart ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxla­nılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, digərləri (hər ölkədən bir nəfər olmaqla) İran İslam Respublikası, Gürcüstan və Litva  vətəndaşları olub.

 

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7  halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilib.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 23 halda 10 kiloqram (kq) 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan bir cinayətkar dəstə aşkarlanıb, dəstə üzvlərindən bir nəfəri cinayət məsuliyyətinə cəlb edilib, digərləri barədə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaq­ma­lın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası,  8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 655