Aytac qatili ilə (VİDEO)


19:23     04 May 2015 90004.jpg

‪‎ Bakıda amansızlıqla öldürülən məktəbli Aytac Babayevanın iki gün əvvəl yayılan ölüm fotosu oxucuların ürəyini sızlatmışdı. Bu dəfə isə tələbə olmaq arzusu ilə yaşayan, lakin qəddar “sevgili” tərəfindən qətlə yetirilən 17 yaşlı Aytacın ölüm yox, doğum gününün görüntüləri yaylıb.


Həmin videogörüntülər qətli törədən 20 yaşlı İzzət Hüseynovun Aytacın doğum günü üçün təşkil etdiyi məclisdə çəkilib. Mərhum Aytac Babayevanın valideynləri müsahibələrində övladlarının İzzətlə sevgili olmadığını, bunun jurnalistlərin uydurması olduğunu desələr də, videoda onların dəli bir eşq yaşadıqları hiss olunur.

Məlumatlı olmayan oxucular üçün bildirək ki, Xətai rayonundakı 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac bir neçə gün əvvəl “sevgilisi” İ.Hüseynov tərəfindən küçənin ortasında qətlə yetirilib. İzzət ona 8 bıçaq zərbəsi vurub. İ.Hüseynov ifadəsində ağır cinayətinə belə haqq qazandırıb: “Qız dayısı oğluna ərə gedəcəkdi. Ya mənim olmalısan, ya da torpağın” deyərək öldürdüm”.


Açar sözlər:

Oxunub: 1076