“Qarabağ”ın oyununa gedənlər mütləq oxusun


16:44     27 Sentyabr 2017 president_olimpia_stadion__180315_01.jpg

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.


Femida.az xəbər verir ki, bu gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmayacaq.

Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmaları üçün alternativ olaraq metronun “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından həmin arena istiqamətində xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

Buna görə də stadionun ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə edərək gəlmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1665