Prokurorluq əməkdaşı qəzaya düşdü - Vəziyyəti ağırdır


21:31     27 Sentyabr 2017 trend_car_crash_040908.jpg

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.


Rayon ərazisində hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri Azər Dostuyev və Əli Tağıyev ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, "Mercedes" markalı" avtomobillərdən birinin sürücüsü Azər Dostuyev Tovuz rayon prokurorluğunun əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. (Trend.az)

Femida.az

Açar sözlər:

Oxunub: 3950