Büdcə dəyişikliyi prezidentə təqdim edilib


21:53     27 Sentyabr 2017 neft%20fondu.jpg

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.


Fondun İctimaiyyətlə əlaqələr sektorundan Femida.az -a verilən məlumata görə, baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Açar sözlər:

Oxunub: 658