Həmsədrlər prezidentləri görüşdürmək üçün İrəvana gedir


02:04     28 Sentyabr 2017 nalbadyan.jpg

“Oktyabr ayının birinci yarısında ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər”

Femida.az -ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan keçirdiyi brifinqdə deyib.

Nyu-Yorkda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşə toxunan erməni nazir bildirib ki, görüşdə prezidentlərin görüşünün təşkili və həmsədrlərin regiona səfərinin qrafiki müzakirə olunub.

“Həmsədrlərin səfərinin məqsədi prezidentlərin görüşünün təşkili ilə bağlı məsələlərin müzakirəsidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 567