Ona 40 qəpik verən şəxsi bıçaqladı - Məhkəmədə həbs edildi


15:49     28 Sentyabr 2017 bicaq23.jpg

Xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirli bilinən Elşən Bəndəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.


Femida.az-ın Lent.Az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bu zaman məlum olub ki, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınmaq ehtimalının olduğu üçün barəsində həbs-qətimkan tədbirinin seçilməsi istəyib.

Təqsirləndirilən şəxsin vəkili Tural Süleymanlı prokurorun vəsaətitin təmin edilməməsi tələb edib.

Hakimlər kollegiyasının qərarına əsasən vəsatət təmin edilib.

Elşən Bəndəliyev barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Məhkəmə baxışı oktyabrın 7-ə təyin edilib.

Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. Elşən Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub.

Daha sonra hadisə yerindən qaçan Elşən Bəndəliyev barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.

İbtidai istintaqa ifadə verən Elşən Bəndəliyev hadisəni qəsdən törətmədiyini və Yadigar Rüstəmovu bilərəkdən vurmadığını deyib: "Kafedə ondan pul istədim. Münasibətlərimiz çoz yaxşıydı. Ondan 40 qəpik pul götürdüm. Daha sonra bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı".


Femida.az

Açar sözlər:

Oxunub: 740


Oxşar xəbərlər