Polisin qətlində adı hallanan xanım danışdı
15:17 31 Avqust 2015
Bakıda keçmiş polisin qətlində qanlı hadisədə səbəbkar kimi adı keçən Səlimə Mehdiyevanın (ad-soyad şərtidir) qaranlıq məqamlara aydınlıq gətirib.
Femida.az xəbər verir ki, o, Milli.Az-a açıqlamasında Nadir İbrahimovla tanışlığı, eyni zamanda qətl ətrafında adının hallarındırılmasından danışıb:
"Nadirin qətlindən mənim heç bir əlaqəm yoxdur. Qətl hadisəsi mənim üstümdə baş verməyib. Düzdü, əvvəllər Nadir İbrahimovun "Butastone" şirkətində işləmişəm. Oradan ayrılandan sonra Nadir məni bir müddət narahat edib. Ancaq Rövşən Həsənov adlı şəxsi, ümumiyyətlə, tanımıram".
O, qeyd etdi ki, baş verən qətldə kimsə onun adını məqsədli şəkildə hallandırır: "Hadisə baş verən gün prokurorluğa çağırıldım və izahat verdim. Dindirilməyimə səbəb isə mənim əvvəllər Nadirlə bir şirkətdə işləməyim olub. Mən kiminsə ailəsini dağıtmaq, başqa birinin isə öldürülməsini istəmərəm. Öz işim-gücüm, ailəm və ətrafım var".
Qətl hadisəsi, əslində, söyüş üstündə olub. Nadir İbrahimov telefonda Rövşən Həsənovun ailəsini söyüb. Əsəbləşən Rövşən isə onunla Nizami rayonu ərazisində görüş təyin edib. Elə görüş yerinə gələn kimi Nadiri maşınından düşməyə imkan verməyib. Tapança ilə onu elə maşnın sükanı arxasında öldürüb.
Məlumata görə, Rövşən Həsənov SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkəni, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur.
Hadisəyə gəlincə, üç gün əvvəl gecə Nadir İbrahimov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Başqa bir "Lexus" markalı 10 VM 006 dövlət nömrə nişanlı maşının sürücüsü Rövşən Həsənov ona tapança ilə 8 güllə vurub.
Mərhum N.İbrahimov biznesmen Nizami Piriyevin qaynı olan Namiq Əsədovun şəriki idi. İki uşaq atası olan Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.
Nadir İbrahimov və Namiq Əsədov "Butastone" şirkətinin həmtəsisçiləri olublar. Onlar arasında konflikt var idi. N.İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi. Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb və nəticədə Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə "Akkord" şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib.
Oxunub: 1588
Oxşar xəbərlər
- Polisin evini yaranlar tutuldu - Qohumlar imiş
- Polisin öldüyü qəzanın görüntüsü yayıldı - Video
- Polisin müsadirə etdiyi alkoqolu siçovullar içdi
- Polisin üzərinə kimyəvi məhlul atdı - Özünü də öldürdü
- Polisin axtardığı cinayətkar şkafdan çıxdı
- Polisinin avtomobilini çəkiclə əzən şəxsə hökm oxundu
- Polisin əsas vəzifələri - İNFOQRAFİKA
- Polisin 3 yaşlı oğlunu maşın vurdu
- Polisin vətəndaşı saxlama qaydalarında - Dəyişiklik
- Polisin vətəndaşı saxlama qaydalarında - Yeniliklər