Velosipedlərin qənimi ələ keçib


16:06     29 Sentyabr 2017 velosiped.jpg

Bakıda velosiped oğruları tutulublar.


Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Femida.az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən ediliblər. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq polis bölməsinə gətiriliblər.

Tutarlı sübutlar qarşısında onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 457


Oxşar xəbərlər