Nadir Bədəlovun şəhid olduğu gündür


17:45     31 Avqust 2015 11947532_627824684026613_8209728396051631167_n%20(1).jpg


Femida.az xəbər verir ki, Şəhid Nadir Bədəlov 18.06.1967-ci ildə Qubadlı rayonunda anadan olub.

Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən Nadir 1992-ci ildə Bakı şəhərində . hərbi komissarlığıa ərizə ilə muraciət edib hərbi fəaliyyətə başlayıb. Əvvəl Qarabağ-Ağdərə istiqamətində gedən doyuşlərdə iştirak edib.Sonra Qubadlı istiqamətində döyüş bölgəsinə topçu taqım komandiri kimi təyin edilib. Qubadlı uğrunda gedən son döyüşlərdə , 31.08.1993-cu ildə öz əsgərlərini ucqar dağ kəndlərində yaşayan dinc əhalini, arvad-uşağı çıxartmaq uçun göndərib ,özu isə bir tankla son damla qanına kimi ermənilərlə üzbəüz döyuşərək qəhrəmancasına həlak olub.

Geri çəkilmək əmri alsa da Nadir, şəhidlik zirvəsini özünə layiq görüb.

Allah rəhmət eləsin.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1652