Elmira Süleymanova Ərdoğanla görüşüb


23:39     29 Sentyabr 2017 suleymanova_turkey_290917_01_1506698751.jpg

Azərbaycan ombudsmanı Elmira Süleymanova Türkiyə ombudsmanı tərəfindən İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Ombudsmanlar Konfransında, həmçinin üzvü olduğu İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin iclasında iştirak edib.


Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, Asiya, Afrika, Yaxın Şərq və Avropa ölkələrinin ombudsmanlarının iştirak etdiyi tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.

Açılış nitqindən sonra Azərbaycan ombudsmanı Türkiyə Prezidenti ilə görüşüb.

Müvəkkil beynəlxalq tədbirin birinci sessiyasında çıxış edərək Azərbaycan ombudsman İnstitutunun fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində müsbət təcrübələri haqqında danışıb.

Ombudsman Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü, onların kütləvi şəkildə hüquqlarının pozulduğunu, dinc əhalinin Ermənistan hərbi qüvvələri tərəfindən müntəzəm şəkildə silahlı hücumlara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 745