İlham Əliyev və xanımı millimizin oyununa baxıb - YENİLƏNİB


01:42     01 Oktyabr 2017 prezident-29-sent-(1)_1506781703.jpg

Qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü keçirilib.


Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşıb.

Azərbaycan milli komandası yarımfinalda Niderland yığması ilə qarşılaşıb. Oyun 2:3 hesabı Niderlandlı voleybolçuların xeyrinə bitib (25:20, 19:25, 19:25, 27:25, 12:15).

Bunula da, Azərbaycan yığması sabah keçirələcək Avropa çempionatının üçüncü yeri uğrunda qarşılaşmada çıxış edəcək. Millimizin rəqibləri bu gün keçiriləcək Türkiyə-Serbiya oyunundan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1314