Cüdoçumuz Zaqrebdə birinci oldu
19:33 01 Oktyabr 2017
Azərbaycan cüdoçusu Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışının qalibi olub.
Femida.az -ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cüdoçumuz ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.
Qran-Pri turnirində qalib gələn idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.
Femida.az
Oxunub: 703
Oxşar xəbərlər
- Cüdoçumuz ermənini udub dünya çempionu oldu
- Cüdoçumuz Qran-Pri qalibi olub
- Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
- Cüdoçumuz ölkəmizə ilk qızıl medalı qazandırdı
- Cüdoçumuz ermənini udub çempion oldu
- Cüdoçumuz qızıl medal qazandı
- Cüdoçumuz dünya çempionu oldu
- Cüdoçumuz Avropa çempionu oldu
- Cüdoçumuz “Böyük Dəbilqə” də qızıl medal qazandı
- Cüdoçumuz Rioda qələbə qazandı