Kataloniyada müstəqillik tərəfdarları qalib gəldi


13:03     02 Oktyabr 2017 pc-140911-catlan-independence-01_1ae8cca5269d950e052ac1298f586fff.jpg

İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib.


Femida.az `Reuters`ə istinadən xəbər verir ki, bunu Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib. “2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. J.Turul bildirib ki, demək olar, bu, referendumun yekun nəticələridir.

Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili işlər nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1497